Ayrı-ayrı sivilizasiyalar, o sivilizasiyaların sakinləri olan yadplanetlilər, “uçan boşqab”x9dlar hər zaman insanların maraq dairəsində olub. Kimiləri bunu sadəcə bir uydurma, kimiləri isə həqiqətən də real əsası olan fakt kimi qəbul edib. Dünyanın iki nəhəng dövləti ABŞ və SSRİ də vaxtilə (elə indi də -E.N) ufolarla bağlı xüsusi tədqiqatlar aparıb, bunlara xeyli miqdarda pul da xərcləyiblər. ABŞ-dakı məşhur “51-ci zona”x9d nın salınması da bu kimi faktları bir daha təsdiqləmiş olur.xa0
Zaman-zaman (əsasən də ötən əsrin 70-80-ci illərində) Xəzərin Bakıya aid hissəsində də “uçan boşqab”x9dlara rast gəlinib. Hətta onları görən, yadplanetlilətlə ünsiyyətə girən azərbaycanlılar olub ki, həmin adamların sonradan danışdıqları kimsəyə inandırıcı olmayıb.
Moderator.az bu gündən etibarən bir neçə yazıda “uçan boşqab”x9dları müşahidə edən, yadplanetlilərlə ünsiyyətə girən azərbaycanlıları və onları həmin heyrətli dəqiqələrini təqdim edəcək. Yazıda M. Əfəndiyeva tərəfindən 1992-ci ildə tərtib olunan, əsasən də ölkə və xarici mediada yazılan bu kimi qəzet-jurnal materialları əsasında formalaşan “Biz və “uçan boşqablar”x9d kitabından istifadə edilib:
Naməlum uçan obyektlərlə yaranan əlaqənin üç növü var: Birincisi, “boşqab”x9dların səmada müşahidəsidir. Buna ilk ünsiyyət də demək olar. İkincisi, onların Yerdə müşahidəsidir. Üçüncüsü və ən maraqlısı isə onların insanlarla ünsiyyətə girməsidir. Biz isə təbii ki, ən maraqlısından başlayaq. Vaxtilə ufolarla ünsiyyətə girən üç paytaxt sakininin hekayətini təqdim edək:
50 yaşlı Fəridə Məmmədova 1990-cı il noyabrın 9-da axşam televizora baxandan sonra yerinə uzanır. Elə uzanan kimi eyvanda böyük gurultu eşidir. Qorxuya düşür, bir də görür ki, otağın divarları çəhrayı işığa bürünüb. Otağa 3 yadplenetli daxil olur. Qadının sonradan dediyinə görə onlar robota oxşayırdılar, boz rəngə çalırdılar. Bakılı qadın təbii ki, bərk qorxur. Yorğanı başına çevirərək var gücü ilə qışqırır və qonşuları köməyə çağırır. Bu görüşə qədər qadın bir neçə dəfə əməliyyat keçirmişdi. Sonra huşunu itirir. Təxminən 40 dəqiqədən sonra özünə gəlir. Başının üstündə isə naməlum obyektləri yox, qonşularını görür. Qonşular qorxudan şok vəziyyətində olan xanım üçün təcili yardım çağırırlar. Təcili yardımın sayəsində xanım bir qədər özünə gəlir. Amma bu dəfə yenidən şokedici olay yaşanır: əməliyyatdan yeni çıxan qadın yara izlərinin yox olduğunu görür. Həkimlər başda olmaqla hamısı buna heyrətlənir. Qonşular bəlkə də qadına inanmadılar. Amma onlar eyvana keçəndə bir neçə saat bundan öncə sağ-salamat olan pəncərənin qırıldığını, eyvandakı metal hissələrin isə əridiyini görürlər.
Başqa bir olay isə Bakı Dövlət Universitetinin müəllimi Firuz İsmayılovun başına gəlib. O, sonradan fəzalılarla olan ünsiyyətini bu cür xatırlayırdı:
“Gecə saat 4-5 radələrində get-gedə artan xırıltılı səsi eşidərək yuxudan oyandım. Kimsə inildəyirdi. Tamam ayıldım və səs gələn tərəfə boylandım. Dəhşətdən gözlərimə inanmadım: çarpayının ayaq tərəfində mənə tanış olmayan qəribə bir məxluq oturmuşdu. Ona sarı baxdığımı görən kimi uzun əllərini qəflətən mən tərəfə uzatdı. Əlləri heç mənim üzümə çatmamış gicgahıma güclü bir zərbə dəydi. Az qaldı ki, gözlərim kor olsun. Gözlərimi birtəhər açdım. Özümü qorumaq üçün ayağa qalxdım. O, isə heç nə olmamış kimi qapıya doğru getdi, qapını açıb otaqdan çıxdı. Sonra yoxa çıxdı.
O hadisədən 15-20 gün sonra yuxuya gedərkən qəfil zərbə aldım. Şiddətli ağrı 5-6 saniyə davam etdi. Gözlərimi açana qədər yadplanetli artıq getmişdi.
Dəhşətlisi budur ki, ayrı-ayrı vaxtlarda 5-6 dəfə bu cür qəfil zərbələr almışam.
Danışacağımız üçüncü hadisə isə, Ələkbərov soyadlı Bakı sakinin başına gəlib. 1989-cu ilin avqustunda Pirşağıya gedərkən qərara gəlir ki, əvvəlcə dənizdə çimsin, sonra bağa getsin. Maşını ləpədöyəndə saxlayıb soyunarkən kiminsə onu güddüyünü hiss edir. Həmən geri çevrilir və ondan 30 metr aralıda dayanan fəzalını görür. Onun boyu təqribın 2,5 metr olarmış. Ələkbərov qorxur. Lakin hiss edir ki, kiçik başı olan fəzalı ondan nəsə istəyir. O, maşına yaxınlaşaraq su kanistrini götürür və fəzalıya verir. Fəzalı onu alan kimi dəniz sularında xa0yoxa çıxır.
(ardı var)
Elmin Nuri



































































































