Laçın yolundakı aksiyanın 100 GÜNÜ – Blokada yalanını ifşa edən STATİSTİKA 

Hazırda oxunan: Laçın yolundakı aksiyanın 100 GÜNÜ – Blokada yalanını ifşa edən STATİSTİKA 

126704

Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. 

Bizim.Media xəbər verir ki, dinc ekoloji aksiyanın davam etdiyi 100 gün ərzində Rusiya sülhməramlıları və BQXK-yə məxsus 4700-dən artıq avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib. 

Qeyd edək ki, martın 21-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 84 təminat -təchizat və minik avtomobili maneəsiz hərəkət edib.

Bundan əlavə, BQXK-yə məxsus 5 yük və 5 minik avtomobili səhər saatlarında Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 1 yük və 5 minik avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, gün ərzində 100 avtomobilin sərbəst hərəkəti təmin edilib. 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. 

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.
Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin