Sabiq millət vəkili Namiq Kamal Zeybəkə başsağlığı verdi

Hazırda oxunan: Sabiq millət vəkili Namiq Kamal Zeybəkə başsağlığı verdi

126665

Sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Ankara terroru ilə əlaqədar olaraq Namiq Kamal Zeybəkə və bütövlükdə türk xalqına başsağlığı verib. Moderator.az-a daxil olan başsağlığı açıqlamasında deyilir:

“Əziz qardaşım, Namiq Kamal Zeybək!

Ankarada terroristlərin törətdiyi partlayış nəticəsində günahsız insanların həyatlarını itirmələri və çoxsaylı vətəndaşlarınızın al-qana  bürünməsi məni içimdən üzdü. Xainlərin bu cinayətini Allah yerdə qoymaz. Türkiyəni diz çökdürmək düşmənə nəsib olmayacaqdır. Bu cür terrorlar sonunda onun öz başında çatlayacaqdır. Türk milləti əyilməzdir! Onun qürurunu sındırmaq heç kəsə nəsib olmayacaqdır. Yataqda xəstə olarkən bu acı xəbəri eşitdim və son dərəcə pərişan oldum. Türk aydınlarının toparlanması, dövlətlə vətəndaşların qırılmaz birliyinin daha güclü hala gətirilməsi bu üzüntülü günlərdə olduqca gərəklidir.

Namiq bəy,  Sizə və xaincəsinə öldürülən insanların ailələrinə dərin hüznlə başsağlığı verir və Uca Allahımızdan rəhmət və səbr diləyirəm. Türkün al bayrağı sonsuzluğadək dalğalanacaq! Buna əmin olmalıyıq.

 Sayğılarla, Eldar Sabiroğlu

 Sabiq millət vəkili, Silahlı Qüvvətlərin əməkli albayı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin