“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər”.
Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
"KİV haqqında" hazırkı qanun qüvvədən düşəcək" - MEDİA-nın İcraçı direktoru
“Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var.
Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil.
Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsiniun hazırlanması prosesində bunu müzakirə edəcəyik”, deyə o, qeyd edib.
Bizim.Media