“Füzulidə ilk yaşayış məhəlləsi bu tarixdə təhvil veriləcək” – Emin Hüseynov 

Hazırda oxunan: “Füzulidə ilk yaşayış məhəlləsi bu tarixdə təhvil veriləcək” – Emin Hüseynov 

126511

“Qarabağ iqtisadi rayonunun bərpa –quruculuq işləri davam edir. Bu ilin sonunda Füzuli şəhərində ilk yaşayış məhəlləsinin təhvil verilməsi nəzərdə tutulub”.  

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

“Eyni zamanda bu il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə bərpa işlərinə başlanacaqdır.

Onların da 1 il və 1 il 6 ay ərzində yekunlaşması nəzərdə tutulub. 2024-cü ilin sonunadək həm bu kəndlərdə, həm də Ağdam şəhərində iki yaşayış məhəlləsinin istifadəyə verilməsi reallaşacaq. Bütün bunlar “Böyük qaydış” birinci dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu sahə də dövlət qurumları ilə əlaqəli və əməkdaşlıq çərçivəsində yüksək səviyyədə həyata keçiriləcək”, - deyə o, əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin