Bəzi insanlar hər iki əlinin barmaqlarını bir-birinə keçirərək onları "sındırır"lar. Çoxumuz buradan gələn səsin sümüklərdən gəldiyini zənn edirik. Hətta narahat oluruq. Amma nədənsə bunu edənlər hallarından məmnun görünürlər. Ən çox və asanlıqla sındırılan yerlər bədənimizdə olan sürtünməli oynaq yerləridir. Bu tip oynaq yerlərində, məsələn barmaqlarımızda iki sümüyün birləşdiyi yerdə bir əlaqə kapsulası var. Barmaqlarımız gərilincə, oynaq yerlərimiz düzləşincə bu kapsula da gərilər. Bu kapsulanın içində sümüklərin hərəkətləri əsnasında buraları yağlayan bir maye vardır. Bu maye içində ərimiş halda Oksigen, nitrogen və Karbon qazları olur. Bədənimizdə ən asan sındıra biləcəyimiz oynaq yerlərimiz barmaqlarımızdır. İçindəki mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır. Əslində qulağımıza gələn bu səslərdir. Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir, maye daha da genişlənir və oynaq yerlərinin hərəkət qabiliyyətini artırır. Eyni barmağınızı ard-arda sındırmaq üçün bir müddət gözləməyiniz lazımdır. Çünki qaz qabarcıqlarının maye içərisində təkrar meydana gəlməsi bir az vaxt alır.

- A-
- A
- A+
Cəmiyyət
19:39 / 13.03.2016
Barmaq "şaqqıldatma"nın faydası...- Maraqlı
Hazırda oxunan: Barmaq "şaqqıldatma"nın faydası...- Maraqlı
Hazırda oxunan: Barmaq "şaqqıldatma"nın faydası...- Maraqlı
126503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































