Aparıcı Hüsniyə Məhərrəmova gecə saatlarında avtomobil idarə edən sürücülərdən şikayətlənib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu bununla bağlı video çəkərək sosial şəbəkə hesabında paylaşım edib.
“Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara “eşşək” də demək istəmir. Onlar “eşşək”dirsə, onda “eşşək”lər də adamdır. Deyiləsi deyil… Çoxdankı ideyam var. Yadınızdadırsa, siqnallar var idi, “lambada” səsi və s. sifariş edə bilərdin. Onun kimi sifariş edirsiniz ürək sözlərinizi və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır”, - deyə Hüsniyə vurğulayıb.
H.Məhərrəmova daha sonra paylaşımına “Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər” şərhini yazıb.
Həmin görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media