Bu hərəkət dövlətə və cəmiyyətə sayğısızlıqdır, ələ salmaqdı - QALMAQAL

Hazırda oxunan: Bu hərəkət dövlətə və cəmiyyətə sayğısızlıqdır, ələ salmaqdı - QALMAQAL

126482

Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında yaydığı statusda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Neft və Energetika Kollecinin 3 ildir ki, rəhbərsiz qaldığını bildirib.  

“Universitetin rektoru Mustafa Babanlı düz 3 ildir ki, bu kollecə direktor təyin etmir. Kollecin idarəçiliyini Universitetin prorektoru Ata Babayevə həvalə edib. Kollec təhsilinin əlifbasını bilməyən Ata Babayev gününün bir hissəsini kollecdə, bir hissəsini isə universitetdə keçirir. 1300 nəfərlik tələbə kontingenti olan bir kollec başı-başına buraxılıb”. 
 

MÖVZU İLƏ BAĞLI:

Etibar Əliyevdən Neft və Sənaye Universitetinin rektoruna AĞIR İTTİHAM - FOTOFAKT


Deputat qeyd edir ki, bu xaotik durumu M. Babanlı bilərəkdən yaradıb: 

“Bu hərəkət dövlətə və cəmiyyətə sayğısızlıqdır, ələ salmaqdır”. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirir ki, 3 il ərzində təhsil ocağı rəhbərsiz qalması absurddur: 

“Həmin kollecdə kifayət qədər tələbə kontingenti var. Onların hər birinin müvafiq problemləri olur. Kollecə qəbul olunan tələbələrin qeydiyyatından tutmuş, təhsil proqramları ilə bağlı əmrlərin verilməsinə kimi hər bir məsələ direktorun səlahiyyətində olmalıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

Tələbələr Universitetdə kriminal avtoritetin mahnısına rəqs etdilər – VİDEO


Müsahibimizin fikrincə kolleclə bağlı yaranmış vəziyyət direktor vəzifəsinə ya uyğun namizəd tapmamaları, ya da prosesə məsuliyyətsiz yanaşmalarından qaynaqlanır: “Kollecdə yaranan mövcud durumu qaydaya salmaq üçün Elm və Təhsil Nazirliyinin Orta İxtisas Təhsil Müəssisələri ilə iş şöbəsi prosesə cəlb olunmalı və direktor təyinatı ilə bağlı ya vakansiya elan etməli, ya da kollec daxilində idarəedici funksiyanı icra edən şəxsi təyin etməlidirlər. Yəni istənilən halda qərar verilib, kollecə direktor təyin olunmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin