SON DƏQİQƏ: Atəşkəs pozuldu, yaralımız var

Hazırda oxunan: SON DƏQİQƏ: Atəşkəs pozuldu, yaralımız var

126431

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. 

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb. 
Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur. 

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır. Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin