Həftəsonu masaj salonuna və ya istirahət mərkəzinə üz tutmaq istəsəniz, ehtiyatli olun. Yəni heç də paytaxtda olan bu obyektlərin hamısı adına uyğun fəaliyyət göstərmir. Necə deyərlər, adları başqa, məqsədləri tamam başqa...
Hətta bu obyektlərdə istənilən virusu belə qazana bilərsiniz. Ən pisi isə bu masaj salonları və ya istirahət mərkəzlərinin yaşayış evlərinə həddindən artıq yaxın yerləşməsidir.
Belələrinin bir neçəsindən daxil olan şikayət bizi bu istiqamətdə araşdırma aparmağa məcbur etdi.
Masaj salonu. İstirahət mərkəzi adı altında intim xidmət təklif edən bu obyəktlərə paytaxtın bir çox ərazisində gözə dəyir. Və əfsuslar olsun ki, sayı da günbəgün artır. Özü də böyük əskəriyyəti yaşayış binalarının həndəvərində fəaliyyət göstərir.
Dalan və kənar küçələrdə xidmət təklif edən bu cür obyektlərə şəhərin mərkəzi küçələrində də rast gəlmək olur. Lev Tolstoy küçəsindəki binanın zirzəmisində fəaliyyət göstərən və sağlamlıq mərkəzi adı altnda priton kimi istifadə olunan obyektin qarşısından keçmək kifayətdir ki, içəridə nə kimi xidmətlərin təklif olunduğunu bilmək olur.
Digər bir məqam isə, içəridə asayişi ucaboylu, cüssəli oğlanarın təmin etməsidir. İçəri bir addım atmağınız kifayətdir ki, menyu kimi xidmətlər cəvdəlini sizə təklif etsinlər.
Təkcə bu küçədə bir-birinə yaxın 3 masıaj salonu fəaliyyət göstərir ki, onların da xidmət istiqaməti eynilik təşkil edir. Paytaxtın mərkəzindəki masaj salonları isə VİP xidmətlərlə öz müştərisini gözləyir. Bu salonlara gələnlərə isə, masajdan əlavə digər xidmətlər də təklif olunur.
Baş çəkdiyimiz başqa bir dırnaqarası xidmət sahəsi isə Dərnəgül qəsəbəsi Əcəmi Naxçivani küçəsindədir. İçəridə əyləşən xanımlar müştərinin seçimini gözləri ilə hiss edir. Üzlərindən yorğunluq tökülən bu qadınlar, xidmət edəcəyi şəxsə onunla bir saat keçirəcəyi otağı da nümayiş etdirir.(anspress.com)



































































































