Şirvan şəhərində hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Doğuş zamanı ana və uşaq ölümü niyə bölgələrdə daha çoxdur? – Ekspertlərdən vacib SƏBƏBLƏR
Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media