Cəlilabadda 8 aylıq hamilə qadın dünyasını dəyişib.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, rayon sakini, K. Qənbərova rayon xəstəxanasına gətirilib. Lakin onun artıq öldüyü məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Doğuş zamanı ana və uşaq ölümü niyə bölgələrdə daha çoxdur? – Ekspertlərdən vacib SƏBƏBLƏR
Mərhumun ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Cəlilabad rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media