Bakıda bu bankdan 316 min manat və 32 min dollar oğurlandı

Hazırda oxunan: Bakıda bu bankdan 316 min manat və 32 min dollar oğurlandı

126335

Müştərilərin "BTB Bank" ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları nağd pulu oğurlanıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisdə qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç "BTB Bank"ın müştərilərinin depozit otağından 316 manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlayıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin