FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə DAHA BİR MÜRACİƏT

Hazırda oxunan: FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə DAHA BİR MÜRACİƏT

126331

Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, xalqımızın sevimli Novruz bayramı bir sıra özünəməxsus mərasimlərlə, o cümlədən bayram tonqalları və açılan bayram süfrələrində şamların yandırılması ilə xarakterizə olunur.

Lakin təəssüflə bildirməliyik ki, bəzən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasızlıq sonda arzuolunmaz nəticələrə, ağır fəsadlarla gətirib çıxarır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar təşkil olunan mərasimlərdə zəruri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edir:

“Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı və bayram süfrələrində yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin