Azərbaycan sahibkarları Daşkənddə beynəlxalq sərgilərdə iştirak edəcək

Hazırda oxunan: Azərbaycan sahibkarları Daşkənddə beynəlxalq sərgilərdə iştirak edəcək

126311

Azərbaycan sahibkarları Özbəkistanın Daşkənd şəhərində keçiriləcək 22-ci Beynəlxalq “Qida məhsulları, inqrediyentlər və istehsalat texnologiyaları – UzFood 2023” və 19-cu Beynəlxalq “İstehsalat texnologiyaları. Ağac emalı. Mebel və komponentlər – MebelExpo Uzbekistan 2023” iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb. 

Bildirilir ki, "UzFood" sərgisi martın 28-30-u, "MebelExpo Uzbekistan" sərgisi aprelin 12-14-ü tarixlərində keçiriləcək. 

Builki tədbirdə Belarus, Bolqarıstan, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Koreya Respublikası, Latviya, Litva, Malayziya, BƏƏ, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, Fransa, Şri-Lanka və s. ölkələrdən 180-dən çox şirkət iştirak edəcək. Sərginin bölmələrinə ət və quşçuluq, süd məhsulları, qənnadı məmulatlar, içkilər, qida inqrediyentləri, qida sənayesi avadanlıqları, qablaşdırma materialları və avadanlıqları daxildir. 

Mebel sənayesi çərçivəsində keçirilən əsas tədbirlərdən biri olan “MebelExpo Uzbekistan”da ənənəvi olaraq mebel istehsalçıları, habelə mebel avadanlıqları, komponentləri, mebelin istehsalında istifadə olunan kimyəvi maddələrin, aksesuarların tədarükçüləri iştirak edir. 
Builki sərgidə Avstriya, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, İsveçrə, İsveç daxil olmaqla dünyanın 17 ölkəsindən 200 şirkətin iştirakı təsdiq olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin