Martın 13-də Saatlı rayonunda bir qrup şəxsin magistral yolu bağlamaq cəhdinin qarşısı alınarkən 15 yaşlı yeniyetmənin xəsarət aldığı iddia olunur.
DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Nizam Həmidov Bizim.Media-ya bildirib ki, qeyd olunan hadisə zamanı bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər.
Bundan sonra polis əvvəlcədən xəbərdarlıq etməklə xüsusi vasitələr tətbiq edərək onların cəhdinin qarşısını almışdır.
Bu zaman polisə müqavimət göstərənlərin arasında olan 15 yaşlı gənc xəsarət alıb. Onun xəsarət almasında məsuliyyəti məhz onu qanunsuz aksiyaya cəlb edən şəxs daşıyır.
Odurki araşdırma zamanı gənci qanunsuz aksiyaya cəlb edən şəxs barəsində də qanunamüvafiq tədbir görüləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:41 / 18.03.2023
Saatlıda 15 yaşlı gənci aksiyaya cəlb edən şəxslə bağlı DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Saatlıda 15 yaşlı gənci aksiyaya cəlb edən şəxslə bağlı DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Saatlıda 15 yaşlı gənci aksiyaya cəlb edən şəxslə bağlı DİN-dən AÇIQLAMA
126209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.