Qarabağ müharibəsi əlili Manuel Məmmədovun ağır xəstəliyə düçar olan qızı, günlərdir haqqında danışılan azyaşlı Röya Məmmədova dünyasını dəyişib.
Bu haqda R.Məmmədovanın xalası məlumat verib.
Məlumat üçün bildirək ki, 12 yaşlı Röya Məmmədova xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Röyanın müalicəsində deputat Qənirə Paşayeva yaxından iştirak edirdi. R.Məmmədova bir neçə gün öncə əməliyyat olunmuşdu.
R.Məmmədovanın atası Manuel Məmmədov imkanlı şəxslərə müraciət edərək əməliyyat üçün lazım olan vəsaitin toplanmasına yardım istəmişdi.(Modern.az)
































































































