Yaxın 5 il ərzində Azərbaycandakı aqroparklarda pivotaltı sahələrin 100 min hektara çatdırılması nəzərdə tutulur.
Bizim.Meida xəbər verir ki, bu barərə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat verib.
"Müasir suvarma sistemləri ənənəvi metodla müqayisədə suya 2 dəfəyə qədər qənaət etməklə məhsuldarlığın 50%-dən çox artmasına müsbət təsir edir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda pivot suvarma sistemlərinin tətbiqi ilə suvarılan sahələr son 3 ildə 5,5 min hektar artaraq 46,2 min hektara çatıb. Bu, ölkədə pivot sistemlərlə suvarılan ümumi 57,4 min hektar sahənin 80 %-ni təşkil edir", - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:33 / 18.03.2023
Azərbaycandakı aqroparklarda pivotaltı sahələr 100 min hektara çatdırılacaq - FOTO
Hazırda oxunan: Azərbaycandakı aqroparklarda pivotaltı sahələr 100 min hektara çatdırılacaq - FOTO
Hazırda oxunan: Azərbaycandakı aqroparklarda pivotaltı sahələr 100 min hektara çatdırılacaq - FOTO
126171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.