1987-ci ilin payızında SSRİ-də o zamankı Ermənistan SSR-nin Qafan və Meqri rayonlarından olan azərbaycanlıların simasında ilk qaçqınlar meydana çıxdıqda bu xəbərlərə inanmaq elə də asan deyildi.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
“Azərbaycanlıların tarixi Zəngəzur torpaqlarından qovulmasının ilk siqnalı akademik Abel Aqambekyanın 16 noyabr 1987-ci il tarixli qalmaqallı çıxışı olub.
“Alim” Parisdəki “İnterkontinental” hotelində yerli erməni diasporunun nümayəndələri görüşündə bildirib ki, Qarabağın Ermənistanla əlaqələri daha sıxdır və bunu nəzərə alaraq o, artıq bölgənin Ermənistan SSR-ə verilməsi ilə bağlı məsələ qaldırıb”, - videomaterialda qeyd olunub.
Həmçinin, süjetin müəllifləri vurğulayıblar ki, ermənilər illər ərzində həm Qarabağı azərbaycanlılardan təmizləmək, həm də bu torpaqlarda əbədi olaraq qalmaq barədə xam xəyallar qurublar.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Bizim.Media