“Hədiyyəli Balans”x9dla 25000 AZN qazanmaq imkanı

Hazırda oxunan: “Hədiyyəli Balans”x9dla 25000 AZN qazanmaq imkanı

126157
Azercell Telekom Novruz bayramı ərəfəsində abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməkdə davam edir. Şirkət bu dəfə SimSim abunəçiləri üçün 7 mart 2016 ”“ 5 mart 2017-ci il tarixlər arasında "Azercell-dən Hədiyyəli Balans”x9d kampaniyası keçirir. Kampaniya çərçivəsində SimSim abunəçiləri hər gün 1000 AZN, hər həftə 10 000 AZN  və  hər ay Super Priz - 25000 AZN qazanmaq imkanı əldə edirlər. Ümumilikdə, kampaniyanın uduş fondu 1 027 000 AZN təşkil edir.  
Kampaniyaya qoşulmaq şərtləri çox sadədir. Sadəcə, göstərilən tarixlər ərzində, abunəçi ödəniş kartı və ya digər müxtəlif ödəmə vasitələri ilə (Simkredit və Paycell istisna olmaqla) balansını  ən azı tam olaraq 1 AZN məbləğində artırıb 5353 qısa nömrəsinə boş SMS göndərməlidir. Qeyd edək ki, 5353 nömrəsinə göndərilən sms pulsuzdur. Balansını ən azı 1 AZN məbləğində artırıb, 5353 qısa nömrəsinə göndərilən hər SMS-lə abunəçi lotereyada iştirak üçün 20 xal qazanır. Bu müddət ərzində yeni Azercell nömrəsini aktiv edən abunəçi stimullaşdırıcı tirajlı lotereyada iştirak etmək üçün əlavə olaraq 5353 qısa nömrəsinə 5 pulsuz SMS göndərmək imkanı da əldə edir. 
Lotereya iştirakçısı “STOP”x9d yazaraq göndərməklə lotereyada iştirakını  dayandıra da bilər. Abunəçi 5354  qısa nömrəsinə XAL sözünü yazıb pulsuz SMS göndərdikdə, topladığı xallar barədə məlumat öyrənə bilər. Onu da qeyd edək ki, hər bir iştirakçı www.hediyyelibalans.az web saytına daxil olmaqla lotereyanın şərtləri, tirajların keçirilmə qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər.Kampaniya çərçivəsində iştirakçılara hər hansı mağazalar şəbəkəsindən endirim və güzəştlər də təklif olunacaq. 

Beləliklə "Azercell-dən Hədiyyəli Balans”x9d kampaniyasına qoşul və Novruz bayramı ərəfəsində 25000 AZN qazanmaq şansı əldə et. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza”x9d və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.                 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin