Siyəzən rayonunun Zarat kəndində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Xəlafəddin Fərzəli oğlu Fərzəliyevə məxsus ev yanıb.
Məlumata görə, ev sakinin 7 yaşlı oğlu, İbrahim Fərzəliyev eşitmə və nitq qüsurludur. Yanğın nəticəsində azyaşlıya dövlət tərəfindən verilən 52 min manatlıq xüsusi eşitmə aparatı da yanaraq, yararsız vəziyyətə düşüb.
Faktı Bizim.Media-nın əməkdaşına Siyəzən rayon icra başçısının Zarat kənd İnzibati Ərazi üzrə nümayəndəsi Vaqif Şahbazov təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.