Ombudsman Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

Hazırda oxunan: Ombudsman Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

12612

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından Bizim.Media-ya bildirilib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Xocalı qətliamı ilə bağlı bəyannamə imzalandı - FOTO


“Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər təzahürü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə olmuşdur.

Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla mülki şəxs girov götürülüb və itkin düşüb” deyilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin