Qadınların Bakı metrosunun vaqonunda dava salmasından aidiyyəti qurumun xəbəri var.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“Aidiyyəti üzrə yönləndirmişik, bu barədə tədbir görüləcək”, - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, Bakı metrosunda iki qadın arasında dava düşüb. Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qadınlardan biri digərinə təpik ataraq, söyüş söyüb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media