Bu nazirliyin qurumu BDU ilə əməkdaşlıq edəcək

Hazırda oxunan: Bu nazirliyin qurumu BDU ilə əməkdaşlıq edəcək

126103

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Bakı Dövlət Universiteti (BDU) innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi istiqamətində əməkdaşlıq edəcək. 

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən bildirilib. 

Məlumata görə, bu məqsədlə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və BDU-nun rektoru Elçin Babayev imzalayıb. 

Memoranduma əsasən, ali məktəbin tələblərinin təcrübə proqramlarına cəlb edilməsi istiqamətində əməkdaşlığın təşkili, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi nəzərdə tutulur. 
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, Azərbaycanda gənclər siyasətinə böyük önəm verilir və bu istiqamətdə ölkə rəhbərliyi müxtəlif proqramlar, layihələr həyata keçirir. Potensiallı gənc kadrların yetişdirilməsi, onların dövlət qurumlarında işlə təmin olunması dövlət idarəetməsində yeni innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb, idarəetmə prosesinə dinamizm qazandırıb. 

BDU-nun rektoru Elçin Babayev isə memorumdumun tərəflər arasında qarşılıqlı əlaqələrin geniş spekterini əhatə edəcəyini vurğulayıb.

O, qeyd edib ki, BDU-nun tələbələri Dövlət Xidmətinin gələcəkdə həyata keçirəcəyi bir sıra layihələrə cəlb olunacaq, həmçinin ali məktəbin tədris prosesində Dövlət Xidmətinin imkanlarından istifadə olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin