Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.
Bizim.Media