Deputatın təklifinə REAKSİYA: “Təqaüd yaşının 70-ə qaldırılması absurddur”

Hazırda oxunan: Deputatın təklifinə REAKSİYA: “Təqaüd yaşının 70-ə qaldırılması absurddur”

126088

Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüd yaşının 70-ə qaldırılmasını təklif edib. 

“Dövlət səhiyyə müəssələrində çalışan həkimlər və orta məktəb müəllimləri Milli Məclisə müraciətlərində, eləcə də vətəndaşlarla görüşlərdə təklif edirlər ki, onların təqaüd yaşı məsələsinə yenidən baxılsın. Bir sıra bölgələrdə həkim və müəllim çatışmazlığı mövcuddur. İstisna hal kimi, onların təqaüd yaşının 70-ə qaldırılmasını Səhiyyə Komitəsi olaraq, Nazirlər Kabinetindən xahiş edirik”, - deyə deputat əlavə edib.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, regionlarda müəllim və həkim çatışmamazlığı problemi varsa, onlar üçün təqaüd yaşının artırılması problemdən çıxış yolu deyil: 
 

MÖVZU İLƏ BAĞLI:

“Həkim və müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın” – Parlamentdə TƏKLİF 


“Çıxış yolu stimullaşdırma proqramlarının qəbulundan keçir. Bölgələrdə işləyən müəllim və həkimlərin maaşları artırılmalı, onlara dövlət tərəfindən mənzil təklif olunmalıdır.

Belə stimullaşdırıcı addımlarla gənc kadrların regionlara cəlb edilməsi mümkündür. Dünyanın bir çox ölkələri də bu stimullaşdırıcı addımlardan istifadə edirlər. Sözügedən problemin təqaüd yaşının 70 yaşa qaldırılması ilə həlli təklifi isə regionların inkişafı siyasətinin doğru qurulmaması ilə bağlıdır. Deməli regionlara getmək istəyən yoxdur. Ona görə də regionlarda yaşayanların 70 yaşına qədər işləmələrini təklif edirlər. Bu təklif absurddur. Həmin məsələnin həlli yolu təqaüd yaşının artırılmasından keçmir”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin