“Tibbi xidmətlərin qiymətinə yenidən baxılmalıdır” – Musa Quliyev 

Hazırda oxunan: “Tibbi xidmətlərin qiymətinə yenidən baxılmalıdır” – Musa Quliyev 

126052

“Vətəndaşların dərman təminatına əlçatanalığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Məclisin bu gün keçirilən plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev səsləndirib.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib. Bu yaxşı göstərici olsa da, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olmasını doğru hesab etmirik. Bu qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır. 
Digər bir narahatlıq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlıdır. Bu qiymətlərə də yenidən baxılmasınını təklif edirəm”, - deyə komitə sədri bildirib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin