“Əvvəllər imtahan zalına hansısa alətləri keçirmək istəyiblər, imtahan zalına bıçaq və qumbara keçirməyə cəhd halları da olub”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, kriminal xronikanı heç vaxt şişirtməyiblər.
Bizim.Media