“Serbiyanın Novi Pazar şəhəri ilə qardaşlaşma haqqında Anlaşma memorandumu Şuşa işğaldan azad edildikdən sonra imzalanan sayca 7-ci analoji sənəddir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
“Amma ilk Anlaşma Memorandumudur ki, məhz Şuşa şəhərində imzalanır. Digər anlaşma sənədləri xarici ölkələrin Şuşa şəhəri ilə qardaşlaşan şəhərlərində imzalanıb”, - deyə xüsusi nümayəndə qeyd edib.
Aydın Kərimov onu da bildirib ki, bu Anlaşma Memorandumu Azərbaycan və Serbiya dövlət başçılarının qarşılıqlı uğurlu siyasətlərinin davamı olaraq Azərbaycan və serb xalqları arasında mədəni, iqtisadi, sosial əlaqələrin daha da inkişaf etməsi və möhkəmlənməsində mühüm rol oynayacaq, həmçinin bu sənədin imzalanmasını bu istiqamətdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:28 / 17.03.2023
Şuşanın qardaşlaşdığı şəhərlərin sayı 7-yə ÇATDI
Hazırda oxunan: Şuşanın qardaşlaşdığı şəhərlərin sayı 7-yə ÇATDI
Hazırda oxunan: Şuşanın qardaşlaşdığı şəhərlərin sayı 7-yə ÇATDI
126043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.