“Laçınlılar bu tarixdə yurdlarına qayıda biləcək” – RƏSMİ 

Hazırda oxunan: “Laçınlılar bu tarixdə yurdlarına qayıda biləcək” – RƏSMİ 

126032

“Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib”.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən bildirib.

Baş nazir deyib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanıb: 

“Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir”, - deyə Baş nazir əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin