Qarabağ və Şərqi Zəngəzurda tikintisi və istismarına icazə verilən obyektlərin SAYI

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda tikintisi və istismarına icazə verilən obyektlərin SAYI

126016

Tikintiyə və tikinti obyektinin istismarına icazə ilə bağlı icraat çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində 55 tikinti obyektinə tikintiyə icazə, 4 tikinti obyektinin istismarına icazə sənədi verilib.

Bizim.Media xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, tikintidə təhlükəsizliyə nəzarət çərçivəsində Laçın şəhəri üzrə 250 yaşayış və qeyri-yaşayış obyektinə vizual baxış həyata keçirilib, digər rayonlar üzrə tarixi abidələrə baxış keçirilməsinə başlanıb.
Şuşa şəhərində, Ağdam, Zəngilan və Füzuli rayonlarına müxtəlif şirkətlər tərəfindən inşa edilən binaların tikintisində istifadə olunan inşaat materiallarının keyfiyyətinə daimi nəzarət edilib və müvafiq qaydada sənədləşdirilərək sifarişçi şirkətlərə təqdim edilib.

İnşası davam etdirilən avtomobil yollarının tikintisində yol ötürücüləri, körpülər, yeraltı keçid və suötürücü borularda istifadə olunan inşaat materiallarının müayinə-sınaq işləri aparılıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin