“BMT, DB, BVF yalan məlumatlar yayaraq PUL qazanırlar” - İTTİHAM

Hazırda oxunan: “BMT, DB, BVF yalan məlumatlar yayaraq PUL qazanırlar” - İTTİHAM

125992

“Çox təhlükəli dövr gəlib. Əvvəl ayrı-ayrı dövlətlərin statistika və rəsmi qurumları yalan və məqsədli proqnozlar verirdilər. Beynəlxalq təsisatlar, müxtəlif maliyyə qurumları ədalətli və doğru mövqe qoymaqla yerli qurumların paxırını açırdı. Amma indi ölkələrin statistika qurumları toya getməli olub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın ən varlı adamlarının bu il itirdikləri MƏBLƏĞ


O bildirib ki, Beynəlxalq təsisatlar böyük yalan torbasına dönüb:

“Biz hələ 2020-nin sonlarında canlı efirdə iqtisadi proqnozların müəyyən məqsədlər üçün BMT, DB, BVF və s. qurumlar tərəfindən qəsdən yalan verildiyini deyəndə bu ciddi rezonans yaratmışdı ki, ittihammış guya. Sonrakı dönəmdə biz dediklərimizin təsdiqini tapdıq. BMT-nin, Dünya Bankının neçə neçə qorxulu proqnozları boş çıxdı. Əvəzində özləri milyardlarla vəsait qazandı”. 

Ekspert 2023-də daha bir biabrçı reallığın ortaya çıxdığını deyib:

“FORBES yeni müflis olan Silicon Valley Bankını "2023-ün ən yaxşı bankları"ndan biri kimi siyahıya salmışdı. Həmin bankı KPMG audit şirkəti də ƏLA qiymətləndirmişdi. Cəmi 14 gün sonra isə bank müflis oldu.  Bu dünya iqtisadiyyatı üçün çox təhlükəli tendensiyadır. Bir müddət sonra Biznes dünyası proqnozlarına və verdiyi rəqəmlərə güvənməyə istinad yeri tapmayacaqlar və ölkələrin statistika komitələri və yerli araşdırma mərkəzləri ən ciddi istinad olacaq. Hələ konsert onda başlayacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin