Kürdəmirdə avtomobil qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına düşüb.
Qəza zamanı avtomobildə olan sərnişinlər Tərtər rayon sakinləri 9 Yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Orucova Güldəstə Qoşqar qızı və 52 yaşlı Hüseynova Səkinə Aydın qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda fakt araşdırılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu