"Hər zaman narazılıqlar doğuran komissiya artıq oyundan çıxarılıb"

Hazırda oxunan: "Hər zaman narazılıqlar doğuran komissiya artıq oyundan çıxarılıb"

125928
Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyası ləğv edilib. Komissiyanın böyük səlahiyyətləri olub. Onlardan ən əsası ali və оrta iÑ…tisas təhsili müəssisələri üçün tələbə qəbulu planını müəyyənləşdirmək və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı icra etmək olub.

Bu post-da Komissiyanın xaricdə təhsillə bağlı səalhiyyətlərinə toxunmaq istərdim. Əvvəlcə komissiyamım tərkibi barədə. Komissiyanın ilk tərkibi sonrakılarla müqayisədə çox demokratik olub. İlk tərkibdə Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı da yer alıb. Hətta bu Komissiyada vaxtilə vətəndaş cəmiyyətinin nümayəndəsi də olub: "Müasir Təhsil İnnovasiyaları Mərkəzi" qeyri-hökumət təşkilatının proqram direktoru Elmina Kazımzadə.

Ramiz Mehdiyevin başçılıq etdiyi komissiyada sonralar Elçin Əfəndiyev, Mahmud Kərimov, Fatma Abdullazadə, Misir Mərdanov, Fikrət Məmmədov, Şahin Mustafayev, Samir Şərifov, Azad Rəhimov və Məleykə Abbaszadə kimi dövlət və mərkəzi icra qurumlarının rəhbərləri təmsil olunublar.
Komissiyanın Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı geniş səlahiyyətləri olub. Dövlət Proqramının icrası ilə bağlı son söz demək səlahiyyəti Komissiyada olub, yekun qərarı həmişə O verib.
Bu qərarlar hansılardır:

1. Hər il İqtisadi İnkişaf Nazirliyi və Təhsil Nazirliyi hər il ölkənin gələcək iqtisadi, sosial və mədəni inkişaf perspektivlərini nəzərə alaraq sahələr, ixtisaslar, təhsil proqramı və pillələri üzrə kadr ehtiyaclarına olan tələbatı aidiyyəti nazirlik, idarə və təşkilatlarla birlikdə müəyyənləşdirir və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edib;

2. Tələbə göndəriləcək xarici təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmaqla, ən optimal variantda xarici təhsil ocaqlarının seçilməsi haqqında təkliflər yenə də yuxarıda adı çəkilən 2 nazirlik tərəfindən tərtib edilərək Komissiyaya təqdim olunub;

3. Hər il xaricdə oxumaq üçün seçilmiş namizədləri Komissiya təsdiq edib;

4. Hər tədris ilinin yekununda tələbələrin tədris aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdimatı ilə Komissiyada müzakirə olunur və Komissiyanın qərarına əsasən proqramdan çıxarılıb.

Göründüyü kimi Dövlət Proqramının icrası ilə bağlı Təhsil Nazirliyinin elə bir səlahiyyəti olmayıb. Yuxaridakı 4 bəndi sadə şəkildə ifadə etsək, belə demək olar ki, hər il prioritet ixtisasları və universitetləri, xaricə göndəriləcək namizədləri və hətta Proqramdan çıxarılacaq tələbələri də Komissiya müəyyənləşdirib.

Bəs, Təhsil Nazirliyi nə iş görüb? Nazirlik hər il elan verib sənədləri qəbul etdikdən sonra namizədlərin müsahibəsini həyata keçirib. Daha sonra müsahibədən keçən namizədləri təsdiq üçün Komissiyaya təqdim edib. Komissiya namizədləri hansı meyarla təsdiq edib, hələ indiyə kimi bu, qaranlıqdır.
Artıq xaricdə təhsillə bağlı birinci proqram bitib, Təhsil Nazirliyi tərəfindən yeni proqram layihəsi hazırlanır. Yeni proqram layihəsində bir çox yeniliklər var. Bu barədə proqram layihəsi açıqlanandan sonra danışmaq daha doğru olardı. Ancaq belə görünür ki, ən böyük yenilik bütün səlahiyyətlərin Nazirliyin və yaxud bu sahədə böyük təcrübəsi olan Qazaxıstanda olduğu kimi ayrıca bir qurumun əlində cəmləşməsi olacaq, çünki seçimi hər zaman narazılıqlar doğuran komissiya artıq oyundan çıxarılıb.

Qalib Toğrul
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin