Deputatlar da bahaçılıqdan ŞİKAYƏTLƏNDİLƏR: “Bayram elə bil əhalini soymaq üçündür”

Hazırda oxunan: Deputatlar da bahaçılıqdan ŞİKAYƏTLƏNDİLƏR: “Bayram elə bil əhalini soymaq üçündür”

125906

Novruz bayramına sayılı günlər qalıb. Hər kəs bu bayrama bacardığı qədər xoş əhval-ruhiyyə, bol süfrəylə qədəm qoymaq istəyir ki, il də düşərli olsun.

Amma çoxlarımızın cibi ilə istəkləri üst-üstə düşmür. Bazardakı qiymətlər əksər ailə başçılarını seçim qarşısında qoyur. Apardığımız müşahidələr göstərir ki, insanlar təkcə ədviyyatı, cərəzi yox, həm də meyvə və tərəvəzləri də qramla alırlar. Bu da onu göstərir ki, paytaxdakı qiymətlər heç də hamı üçün əlçatan deyi.

Məsələ ilə bağlı millət vəkillərinin rəyini öyrəndik, bayrama necə hazırlaşdıqlarını soruşduq.

Bizim.Media-ya danışan Millət vəkili Fəzail Ağamalı da bahaçılıqdan gileyləndi:

“Bütün azərbaycanlılar kimi biz də Novruz bayramına ciddi hazırlaşırıq. Bayram süfrəsi üçün həyat yoldaşımla mən dükan-bazarı gəzmişik. Çalışırıq ki, hər şeyi öz evimizdə hazırlayaq. Qiymətlər heç də ucuz deyil. Yaxşı ki, yarmarkalar var. Orda məhsullar nisbətən ucuz qiymətə satılır. Belədə, supermarketlərə giriləsi deyil. Qiymətlər od tutub yanır.

Millət vəkili Aqil Abbas sözünə obrazlı ifadə ilə başladı:

“Pul cin olub, biz bismillah”. Cin necə ki, bismillah sözün eşidəndə qaçır. Pul da bizdən elə qaçaq düşüb. Qiymətlər çox bahadır. Dünyada bayramlarda qiymətlər aşağı salınır, endirim kapaniyaları keçirilir, bizdə isə bayramda qiymət ceyranın belinə qalxır. Bütün bayramda qiymətlər qalxır. Bu da təbii ki, aztəminatlı insanları çətin duruma salır. Qiymətlərin bahaçılığından mən də narazıyam”.

Millət vəkili Elman Nəsirli isə bunları dedi:

“Bazarlıq eləmişik. Amma alınası bir-iki şey də qalıb. Yarmarkaları nəzərə almasaq qiymətlər çox bahadır. Yarmarkada əgər ləpənin qiyməti 12-13 manatdırsa, məsələn, bizim evimizin yanındakı marketdə onu 35 manata qoyublar. Mən Yasamaldan danışıram. Hərdən özüm də deyinirəm ki, bu biznesdə 20-30 faizlik qazanc əladır. Amma 3 dəfə artıq qazanc əldə eləmək artıq soyğunçuluqdur. Bizim bəzi işbazlar çalışırlar ki, xüsusən də bayram günlərində xalqı daha çox soysunlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin