Hadrut və Tuğa köçün tarixi bəlli oldu – RƏSMİ 

Hazırda oxunan: Hadrut və Tuğa köçün tarixi bəlli oldu – RƏSMİ 

125884

“Qarabağ iqtisadi rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi yekunlaşmalıdır. Orada sürətlə işlər davam edir. Eyni zamanda, bu il Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan həm birinci, həm ikinci yaşayış məhəllələri, həm də Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa quruculuq işlərinə başlanılacaq”, - deyə Prezidentin xüsusi nümayəndəsi deyib.
Emin Hüseynov deyib ki, Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək: 

“Bu proseslər öz qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək”.

Emin Hüseynov bildirib ki, gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin