“Talış kəndində birinci mərhələdə 20 yaşayış evi və 9 qeyri-yaşayış binası, eyni zamanda, 4 yol kommunikasiya şəbəkəsi tam olaraq bərpa edilib”.
Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Köç edən 10 ailə Talış kəndinə çatdı – FOTO/VİDEO
O bildirib ki, Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir və ilk dəfədir kənd tamamilə qazlaşdırılıb:
“Bərpa-quruculuq işləri davam etdirilir. Növbəti mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulub. Bu, layihənin ikinci fazasıdır. Bu evlərin tikintisi çox qısa bir vaxt çəkəcək”.
Bizim.Media