Alimlərdən SOS: Kür quruyub, yerində kiçik gölməçələr qalıb

Hazırda oxunan: Alimlərdən SOS: Kür quruyub, yerində kiçik gölməçələr qalıb

125859

Aran regionunun digər ərazilərinə nisbətən Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığı daha kəskin vəziyyət alıb. Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb.

Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəlib.

Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.

Bizim.Media xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu açıqlayıb.

Belə ki, institutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları tərəfindən Salyan və Neftçala rayonlarında Azərbaycanın Aran regionunda şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyət tədqiq olunub.
Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin