Ağdamda mina partlayışı ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ağdamda mina partlayışı ilə bağlı RƏSMİ AÇIQLAMA 

125858

Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən verilən açıqlamada bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam sakinləri mina partlayışında HƏLAK OLUB – RƏSMİ 


Məlumatda qeyd olunur ki, hazırda Ağdam rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin