Bakıda qarğalar niyə çoxalıb? – “Yaxın 10 ilə paytaxtın quş faunası dəyişəcək”

Hazırda oxunan: Bakıda qarğalar niyə çoxalıb? – “Yaxın 10 ilə paytaxtın quş faunası dəyişəcək”

125830

Son illər Bakıda və ətraf ərazilərdə qarğaların sayı kəskin artıb. Axşam saatlarında şəhər ətrafından, xüsusən də Balaxanı zibilxanasından qarğaların dəstə-dəstə mərkəzə doğru miqrasiyasını görürük. Həmin qarğalar mərkəzdəki hündür ağaclarda və binaların damlarında gecələyirlər.

Paytaxtımızda qarğaların çoxalması əhali arasında müxtəlif şübhəli fikirlərə də yol açır. Elmli insanlar isə bunu şəhərimizin təbiətindəki mənfi doğru dəyişiklik kimi qiymətləndirirlər. Həyat zəngirinin haradasa pozulduğunu düşünürlər.
Məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, Biologiya elmləri döktoru Tahir Kərimovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Azərbaycandakı qarğalar kosmopalit növdəndir:

“Bütün dünyada yayılıblar. Onların Abşeron yarımadasında çoxalmasının səbəbləri çoxdur. Məsələn, qarğanın Bakıda rəqibi yoxdur. Əti yeyilmədiyi üçün də ovlanmır. Hər nə gəlsə yeyir. Harda gəldi yuvalıya bilir.

Ona görə də son illər şəhərimizdə qarğaların sayı kəskin artıb. Balaxanı zibilxanası, yeni salınan yaşayış massivlərində və istehsal sahəsindəki tullantılar qarğalar üçün bol qida fondu yaradıb. Ona görə də şəhəri qarğa basıb. Bu quşlar göyərçinləri asanlıqla ovlayır. Təsadüfi deyil ki, son illər şəhərimizdə göyrçinlərin də sayı kəskin artıb.

Bu da qarğalara əlavə qida mənbəyi deməkdir. Amma unutmayaq ki, qarğalar göyərçinlər arasında təbii seçim aparır. Xəstə quşları ovlayırlar. Bu hesaba da xəstəliyin digər göyərçinlərə yayılmasının qarşısı alınır. Qarğaları hazırda parklarımızda da çox görürük. Çünki, insanların atdığı qida artıqlarını və hətta konfetləri qarğalar asanlıqla həzm edə bilir”.

Alim narahatçılığını da dilə gətirdi: 

“Yaxın 10 ilə Bakının quş faunası dəyişəcək. Paytaxtımızda yırtıcı quşlar peydə olacaq. Məsələn, 1-2 ildən sonra səmada çoxlu şahin və digər quşlar görəcəyik. Çünki, onlar üçün bol yem bazası var. Ən əsası da qarğalar. Çünki, yırtıcı quşların ən çox ovladıqları quşlardan biri qarğalardır. Qarğada ki Bakıda nə qədər desən var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin