Şagirdlə kobud davranan müəllimə işdən uzaqlaşdırıldı

Hazırda oxunan: Şagirdlə kobud davranan müəllimə işdən uzaqlaşdırıldı

125808
Əhmədli qəsəbəsində yerləşən 245 nömrəli tam orta məktəbin texnologiya müəlliməsi məktəb direktorunun müvafiq əmri ilə müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Buna səbəb müəllimə Qənimət Əhmədovanın adının müxtəlif hadisələrdə səslənməsidir.

Bir neçə gündür adıçəkilən xanım müəllimənin döyülməsi ilə bağlı yerli KİV-də məlumat yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Qənimət Əhmədovanın döyülməsi ilə bağlı quruma heç bir məlumat daxil olmayıb.

“Əksinə, 245 nömrəli məktəbdə fəaliyyət göstərən Əhmədova Qənimət İmran qızının şagirdlə kobud davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) valideyn şikayəti daxil olub. Bu barədə BŞTİ-nin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılıb. Eyni zamanda hal-hazırda hüquq-mühafizə orqanları həmin məsələni araşdırdığı üçün məktəb direktorunun müvafiq əmri ilə mühafizə orqanlarının yekun qərarına qədər sözügedən müəllimə müvəqqəti işdən kənarlaşdırılıb”x9d, - deyə qurumun mətbuat xidmətindən bildiriblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.(ans press)

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin