İcra Hakimiyyətinin qadın müavini: “42 kişidən qorxuram, amma başçıdan qorxmuram”x9d

Hazırda oxunan: İcra Hakimiyyətinin qadın müavini: “42 kişidən qorxuram, amma başçıdan qorxmuram”x9d

125788
"İcra başçısı Əziz Əzizovun haqqında mənfi rəy yazan gənclərin başının qırxdırılması haqqında yazılanlar yalandır”x9d.

Bu sözləri Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva deyib.

O qeyd edib ki, icra başçısı haqda bunu yazan jurnalistlər ola bilsin ki, fikirlərini məcazi mənada ifadə ediblər.

“Bizim İcra Hakimiyyətinə bir qadın əməkdaş var, o da mənəm. Belə yazıları oxuyuram, gülüb keçirəm. İcrada 43 kişi işçi var, onun da biri başçısıdır, qalanları digər işçilərdir. Mən orada 42 kişidən qorxuram, amma Əziz müəllimdən qorxmuram. O qədər hümanist adamdır, o, bütün günü işçilərinə pozitiv enerji verir. Bütün günü insanlar arasında olur, gənclərlə dostdur. Qeyri-Hökümət Təşkilatları gəlib bizim rayonda tədbirlər keçirirlər, çünki biz onlara dəstək veririk. Onlara oteldə yer veririk, yedizdiririk, içirdirik, əylənib, çıxıb gedirlər. Gənclərə yer verən adam haqqında belə şey yazrlar. Quldarlıq dövrü deyil ki...

Elə işlərə yol vaerən başçı işində qalar? Gördünüz neçə başçısını işdən çıxartdılar bir “köpək oğlu”x9d sözünün üstündə? Bütün günü Əziz müəllimin yanında olmuşuq. Yəqin məcazı mənada yazıblar. Facebook azad şəbəkədir. Orada kim yazır heç ad bilinmir.Çoxunun adı düzgün deyil, öz adı ilə İnertnetə girmir”x9d, -deyə icra başçısının müavini vurğulayıb. 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri özünəməxsus tərzdə cəzalandırır.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir. Daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, başına tük gəlsin.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin