"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Bizim.Media-ya verdiyi məlumata görə, martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
B.Məmmədov qeyd edib ki, 19-21 martda “Həzi Aslanov”-“28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək:
““28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq.
Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.
“Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 16.03.2023
Bakı metrosunun iş qrafiki DƏYİŞİR
Hazırda oxunan: Bakı metrosunun iş qrafiki DƏYİŞİR
Hazırda oxunan: Bakı metrosunun iş qrafiki DƏYİŞİR
125778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.