Bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın ailəsi “Baku TV”yə açıqlama verib.
Bizim.Media xəbər verir ki, ailə üzvləri Binə qəsəbəsində yaşadıqlarını və Sevilin intihar etdiyi bina ilə heç bir əlaqələri olmadığını vurğulayıblar.
MÖVZU İLƏ BAĞLI:
"İntihar edən qızın şəxsi yazışmaları araşdırılacaq" - Baş Prokurorluq - FOTO
Ata Samir Atakişiyev qeyd edib ki, qızına qarşı hər hansı şiddət göstərməyib və onunla münasibəti yaxşı olub.
Anası Hicran Atakişiyeva isə bildirib ki, Sevil sevdiyi oğlanla nişanlı olub və ölümündən 2 gün əvvəl ata və qardaşı ilə gəzintiyə çıxıb.
Bizim.Media