Bakıda hansı ərazilərdə tikilən evlər söküləcək? – Yeni qanundan GÖZLƏNTİLƏR

Hazırda oxunan: Bakıda hansı ərazilərdə tikilən evlər söküləcək? – Yeni qanundan GÖZLƏNTİLƏR

125702

Bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bundan sonra tikintiyə icazə verilməsi üçün sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyesterindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd tələb olunacaq. İndiki halda isə bu sənədlərin sürəti tələb olunur.

Müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək. Hazırda bu müddət 2 ildir. 

Qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Layihəyə əsasən, bu müddətin 6 aya endirilməsi təklif olunur.

Bizim.Media-ya açıqlamasında tikinti üzrə mütəxəssis Nüsrət İbrahimli bildirir ki, tikintiyə icazə verilməsinin ümumi qaydalarında edilməsi gözlənilən dəyişiklik prosesdə mövcud olan risqləri aradan qaldırmayacaq:

“Rəqəmin istər 1 il, istərsə də 6 ay olmasının heç bir mənası yoxdur. Tikintiyə əvvəldən nəzarət etmək lazımdır ki, sonradan vəziyət gəlib bu həddə çatmasın. Hər təsadüfi adama tikinti həyata keçirməyə icazə vermək olmaz. Bazarda real fəaliyyət göstərə bilən, maliyyə dəstəyi və rezervi olan, bankda ehtiyat fondu yaradanlara tikintini həyata keçirməyə icazə vermək olar. Bu olarsa, həmin sahədə problemlər də olmayacaq.
Yoxsa, hər yoldan keçənə tikinti üçün icazə verib, sonradan isə onun obyektlərini satışa çıxarmaq, ya da uçurmaq, bunlar təbii ki, düzgün qərar deyil. Digər tərəfdən, kağız üzərində çox şey yazmaq olar. Amma onun işləyib-işləməyəcəyinə zəmanət vermək olmaz.

Gözlənilən dəyişiklik tikinti prosesində mövcud olan risqləri aradan qaldırmayacaq. Yarımçıq tikililər yenə də olacaq. Amma tikintini maliyyə ehtiyatı olan şirkətlərə həvalə etsələr, belə bir problem də olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin