Bakıda ilk dəfə uzunömürlülük konqresi keçirilir – “Həyata SALAM”

Hazırda oxunan: Bakıda ilk dəfə uzunömürlülük konqresi keçirilir – “Həyata SALAM”

125693

Bakıda ilk dəfə olaraq “Viva La Vida” uzunömürlülük üzrə beynəlxalq konqres və sərgi öz işinə başlayıb. Konqresin ilk günündə dünyadan və ölkəmizdən təşrif gətirmiş onlarla mütəxəssisə master-klaslar keçirildi. 

Tədbirin əsas təşkilatçılarından olan “Bio Sainz Medicine”nin rəhbəri Həcər Cəfərova konqresin məram və məqsədi barədə Bizim.Media-ya məlumat verib.

O, bildirdi ki, “Viva La Vida” - həyata salam deməkdir. Azərbaycanda ilk dəfədir ki, belə konqres təşkil olunub. Bu konqresdə 21 spikerin çıxışı olacaq:

“Konqresdə detoks proqramından tutmuş psixologiyaya qədər hər bir məlumat bizim vətəndaşlara çatdırılacaq. Konqresin teoritik hissəsi hal hazırda baş tutur. Burada həm detoks proqramları, həm gen terapiyası, həm də düzgün diaqnostika laboratoriyaları təqdim olunacaq. Günün sonunda Mayer proqramı imzalanacaq. Düşünürük ki, 1-2 il ərzində Azərbaycanda bunu praktik hissəsini həyata keçirəcəyik”.

Sonra konqresin təşkilatçıları və spikerləri mətbuat üçün açıqlama ilə çıxış etdilər. Mətbuat konfransında uzunömürlülük konqresinin Azərbaycana gətirəcəyi dvidentlərdən də danışıldı. 

"Nordik" Laboratoriyasının təsisçisi Kris Mor müsahibəsində deyib ki, mən xarici ölkələrə səyahət etməyi xoşlayıram:

“Mənim şirkətim Kopenhagendə yerləşir. “Viva La Vida” haqqında isə onu deyə bilərəm ki, möhtəşəm bir layihədir. Bu layihənin çox böyük bir gələcəyi var və mən çox sevinirəm ki, mən də bu layihənin bir parçasıyam”.

Konqresin birinci günüdə beynəlxalq şirkətlərlə əməkdaşlıq haqqında mayer protokolu da imzalandı.

“Viva La Vida” uzunömürlülük üzrə beynəlxalq konqres və sərgi qarşıdakı iki gün ərzində panel müzakirələrlə davam edəcək.

Daha ətraflı videomaterialda tanış ola bilərsiniz:
 




Ziya Yaqubov, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin