Azərbaycanda broyler yumurtaları bahalaşdı – Səbəb NƏDİR?

Hazırda oxunan: Azərbaycanda broyler yumurtaları bahalaşdı – Səbəb NƏDİR?

125669

Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. 

Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir. Əslində hiss olunan bahalaşma broyler toyuqlarının yumurtasıdır.

Amma mövsüm olaraq toyuqların yumurtaladığı dövürdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin bahalaşmasını inhisarçılıq amili ilə əlaqələndirib:

“Yumurtanın qiymətinin bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi. Su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər bahalaşma baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başa düşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti 2 dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”. 

Digər ekspertlərin fikrincə isə bu bayramqabağı xarakteri daşıyır. Adətən Azərbaycanda dünya ölkələrindən fərqli olaraq hər şey bahalaşır. 

Quşçuluq Cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, düzdür, toyuq yemilərində dünyada baş verən krizislərdən dolayı müəyyən bahalaşma baş verib. Amma dövlətin gördüyü tədbirlər nəticəsində yemin də kəskin bahalaşmasının qarşısı alınıb:

“Elə də ciddi böhran halı baş verməyib. Eyni zmanada cəmiyyət tərəfindən bazara çıxarılan yumurtalar topdan qiymətə əvvəlki şəkildə satılır. Sadəcə bu işlə məşğul olan ticarətçilər süni artıma gedirlər. Amma bu müvəqqəti xarakter daşıyır, indi yumurtanın daha çox istehsalı dövrüdür”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin