“Sığorta olunanlara tibbi xidmət müəyyən gözləmə müddəti ərzində həyata keçirilir”.
Bizim.Media-nın sorğusuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən belə məlumat verilir.
Xüsusilə özəl xəstəxanalarda sığorta olunanların vacib əməliyyatlara ehtiyacı olduğu təqdirdə gecikdirilməsi, nəğd ödəniş edən pasyentlərin qabağa salınması ilə bağlı çoxsaylı şikayətlərə Agentlikdən cavab verilib ki, bu məsələ vəziyyətə görə dəyişir:
“İxtisaslı ambulator, eləcə də instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq tibbi xidmət göstərilməlidir”.
Qeyd edək ki, təcili və təxirəsalınmaz hallarda, sığortaolunana tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir. Habelə, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədənkənar qəbul olunur.
Məlumatda bildirilib ki, hazırda növbələrin tənzimlənməsi məqsədilə “e-tabib” mobil tətbiqi vasitəsilə randevu və onlayn qeydiyyat sisteminin tətbiqi istiqamətində işlər aparılır. Sistem aktivləşdirildikdən sonra tibb müəssisələrində növbələrin qarşısının alınması planlaşdırılıb.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 15.03.2023
Sığortaolunan xəstənin müalicəsi nə qədər gecikdirilə bilər? - İcbari Tibbi Sığortadan CAVAB
Hazırda oxunan: Sığortaolunan xəstənin müalicəsi nə qədər gecikdirilə bilər? - İcbari Tibbi Sığortadan CAVAB
Hazırda oxunan: Sığortaolunan xəstənin müalicəsi nə qədər gecikdirilə bilər? - İcbari Tibbi Sığortadan CAVAB
125647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.