Neyləyirəm o papağı, altda nəsə dayanmırsa?

Hazırda oxunan: Neyləyirəm o papağı, altda nəsə dayanmırsa?

125638
Fransa kralı Napoleonun şlyapasının hərracda 2 milyon dollara satılması xəbəri papaq mövzusunu yenidən aktuallaşdırıb. 
Bu azmış kimi bir həftədən sonra ölkəmizə qədəm qoyacaq Axır çərşənbənin adətlərindən biri də papaq atmaq olacaq. Hansı ki, son vaxtlar bu adətin yığışdırılmasıyla bağlı təkliflərin sayı çoxalıb...


Moderator.az mövzunun aktuallığını nəzərə alaraq tanınmış publisist-şair Heydər Oğuz 2014-cü ilin 5 dekabrında qələmə alaraq saytımıza hədiyyə etdiyi "Papaq" şeirini təkrarən oxuculara təqdim edir:

Papaq

Anlamıram bir mətləbi,
Mənə başa salın bunu.
Biz səbrli millətiksə,
Bəs, bu səbrin yoxmu sonu?

Hər təhqirə dözə-dözə
Zülmə boyun əyirik biz.
Sonra “papaq altda yatan
Oğullar var”x9d- deyirik biz.

Deyin mənə, hansı haqla
O papağı daşıyırıq?
Dəyərsizlik ölkəsində
Bir halda ki, yaşayırıq.

Qadınlara torba tikən
“Kişiciklər”x9d olan yerdə
Ürək hələ dayanırsa
Bu ləkəyə, belə dərdə,

Demək, hələ papaq altda
Gizlənən baş bir baş deyil.
Qeyrət hissi o başları
Oyadacaq təlaş deyil.

Bir halda ki, bu məmləkət
Zülm əlində viran olur,
Nəslimizin sərvətləri
Yağmalanır, talan olur.

Papaq altda başlarımız
Hələ yenə oyanmırsa,
Neyləyirəm o papağı
Altda nəsə dayanmırsa?

Papaq əgər qoruyursa
Bizi yalnız qardan, qışdan
Barı onda danışmayaq
Papaq altda yatan başdan.

Namus adlı torpağını
Yad əllərə verən adam
Utanmadan hər bir günü
Eləyirsə şənlik, bayram,

Demək itirib ağlını
Bilmir nə pis, nə yaxşıdır.
Baş qeyrətə məzar olub
Papaq onun baş daşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin