Bayram günlərində ZƏHƏRLƏNMƏ arta bilər - XƏBƏRDARLIQ

Hazırda oxunan: Bayram günlərində ZƏHƏRLƏNMƏ arta bilər - XƏBƏRDARLIQ

125622

Mart ayında insanlar konservləşdirilmiş turşulardan çox istifadə etdiyi üçün təhlükəli xəstəlik olan botulizmlə zəhərlənmə halları da artır. Ona görə də mütəxəssislər əhaliyə evdə konservlədirilmiş məhsullardan istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edir.

Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu, professor Azər Maqsudov Bizim.Media-ya bildirib ki, hazırda botulizm infeksiyası ilə zəhərlənmiş 3 xəstə Kliniki Tibbi Mərkəzdə müalicə olunur:

“Botulizm zəhərlənməsi ilə bağlı yanvar ayında 5, fevralda isə 3 xəstə müraciət edib. Ölüm halı qeydə alınmayıb”.

A.Maqsudov hisə verilən balıq və konservlərin da adı keçən təhlükəli xəstəliyi yaratdığını və buna görə ehtiyatlı olmağı tövsiyə edib. 

Xüsusilə mart ayında bayram günləri çox olduğundan çalışmaq lazımdır ki. qidalanmaya diqqət edək. Bu ay içində zəhərlənmənin sayı birdən birə 3-5 dəfə artır.

Qeyd edək ki, qida mənşəli botulizmin profilaktikasının əsasənda qida məhsullarının hazırlanmasında gigiyenik tələblərin gözlənilməsi durur. Ümumdünya Səhiyyə Təşkilatı istehsalçıları və müştəriləri maarifləndrmək üçün təhlükəsiz qidalanmanın sirlərini sıralayıb. Bu sıralama qida zəhərlənmələrinin qarşısının alınmasında xüsusən vacibdir.

Bu faktorlar aşağıdakılardır:

Qidanı təmiz şəraitdə saxlamaq,

Çiy və bişirilmiş məhsulları ayırmaq,

Yaxşıca bişirmək,

Qida məhsularını uyğun temperaturda saxlamaq,

Təmiz və təhlükəsiz sudan istifadə etmək.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin